• çərşənbə, 24 Aprel, 11:05
  • Baku Bakı 13°C

İdxalı ƏDV-dən azad edilən malların satışı zamanı nələrə diqqət yetirilməlidir?

06.10.22 14:32 894
İdxalı ƏDV-dən azad edilən malların satışı zamanı nələrə diqqət yetirilməlidir?

Nazirlər Kabinetinin qərarı ilə idxal zamanı əlavə dəyər vergisindən (ƏDV) azad edilmiş məhsulların Azərbaycanda satışı və satış əməliyyatlarının ƏDV-yə cəlb edilməsi, vergi uçotu və bəyannamələrin doldurulması ilə bağlı müəyyən suallar yaranır.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla sərbəst auditor Altay Cəfərovun mövzu ilə bağlı şərhini təqdim edir:

Vergi Məcəlləsinə və digər aidiyyəti normativ hüquqi aktlara əsasən, idxalı ƏDV-dən azad edilən malların ölkədə satışı ilə bağlı bəzi hallara rast gəlirik. Belə ki, bir çox malların həm idxalı, həm də satışı ƏDV-dən azad edilir, bəzi hallarda malların idxalı ƏDV-yə cəlb olunur. Həmçinin satışı ƏDV-dən azad əməliyyatlara aid edilir, müəyyən müddətdə malların idxalı ƏDV-yə cəlb olunur, satışı ƏDV-dən azad edilir. Bir müddətdən sonra isə normativ aktlarda edilmiş dəyişikliyə əsasən həmin malların satışı da ƏDV-yə cəlb olunur. Qeyd edək ki, ilk iki hal üçün ƏDV-nin uçotu və hesabatlılıq sadədir. Vergi Məcəlləsinin 175.4.-cü maddəsində göstərilib ki, vergiödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergiödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir”.

ƏDV-dən azad edilən əməliyyatlarda malların, işlərin və xidmətlərin idxalı zamanı ödənilmiş ƏDV əvəzləşdirilmir və malların, işlərin və xidmətlərin maya dəyərinə və ya xərclərə daxil edilir.

banner

Oxşar Xəbərlər