• cümə axşamı, 26 dekabr, 16:46
  • Baku Bakı 10°C

Hadisə ‘’Trendyol’’un ‘’Super alış-veriş günləri’’ni tanıdır - Video

07.11.24 11:26 2529
Hadisə ‘’Trendyol’’un ‘’Super alış-veriş günləri’’ni tanıdır - Video

‘’Trendyol”un Azərbaycandakı müştəriləri üçün həyata keçirdiyi ‘’Super alış-veriş günləri’’ kampaniyasının reklam siması Türkiyənin pop ulduzu, unudulmaz performansı və səhnə şousu ilə izləyicilərin rəğbətini qazanan Hadisədir.

Müştərilərə əsl endirim festivalı əhval-ruhiyyəsini yaşadacaq “Super alış-veriş günləri”nə özəl olaraq hazırlanan “Trendyol təbii ki” adlı tanıtım melodiyasını isə Azərbaycanın “Eurovision’ təmsilçisi, müğənni Fahree (Fəxri İsmayılov) səsləndirib.

Həmçinin noyabrın 6-dan başlayaraq ‘’Trendyol’’un instaqram səhifəsini izləyən və dostlarını işarələyən istifadəçiləri şirkətdən hədiyyə gözləyir.

Bu şərtləri yerinə yetirən iştirakçılar arasından 10 nəfər təsadüfi seçimlə təyin olunacaq.

Qaliblər Hadisənin dekabrın 7-si Bakıda keçiriləcək konsertinə bilet qazanacaqlar.

Qeyd edək ki, “Super alış-veriş günləri” ‘’Trendyol’’ istifadəçilərinə seçilmiş məhsullar üçün 60 faizədək endirim fürsəti verir. Əlavə olaraq, alış-veriş həvəskarları “SUPER20” kodu ilə 20 faiz endirim imkanı qazanaraq arzuladıqları məhsula sahib olacaqlar.

 

 
 
 
banner

Oxşar Xəbərlər