• bazar, 04 May, 22:21
  • Baku Bakı 16°C

"Global Media Group” əməkdaşları “Bakı Marafonu – 2025”də iştirak ediblər

04.05.25 15:59 126
"Global Media Group” əməkdaşları “Bakı Marafonu – 2025”də iştirak ediblər

“Global Media Group”a daxil olan şirkətlərin əməkdaşları mayın 4-də keçirilən ənənəvi “Bakı Marafonu – 2025”də fəal iştirak ediblər.

"Kaspi" xəbər verir ki, “Küləyə qalib gəl!” şüarı altında səkkizinci dəfə təşkil olunan marafon sağlam həyat tərzinin təşviqi və idmanın inkişafına dəstək məqsədi daşıyır.

“Global Media Group” yalnız qrupdaxili layihələrlə kifayətlənməyərək, ölkədə keçirilən ictimai əhəmiyyətli tədbirlərdə də daim aktiv iştirak edir. Bu baxımdan, Bakı Marafonunda iştirak həm kollektiv ruhunun gücləndirilməsi, həm də sosial məsuliyyətin təzahürüdür.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan marafon 21 kilometrlik məsafəni əhatə edib. Start və finiş nöqtəsi Dövlət Bayrağı Meydanında yerləşən tədbirdə 28 minədək şəxs qeydiyyatdan keçib.

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayan əcnəbilər və turistlər də böyük maraq göstəriblər.

“Global Media Group” haqqında: “Global Media Group” 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən ən böyük media-holdinqlərdən biridir. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

“Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

banner

Oxşar Xəbərlər