Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclər üçün iş imkanı yaradır

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən gənclər üçün iş imkanı yaradılır.
GİKM-dən Kaspi.az-a bildiriblər ki, onlar komandanın üzvü olaraq region gəncləri arasında müasir düşüncə tərzinin formalaşdırılması, onlarda vətənpərvərlik hissinin aşılanması, şəxsi inkişaf və karyera planlaması istiqamətində fəaliyyət göstərmək istəyirsə, vakansiyalara müraciət edə bilərlər.
Mərkəz tərəfindən elan edilən vakansiyalara qeyd edilən rayonlarda yaşayan, istedadlı, ictimai, sosial sahələrdə fəal və qeyd olunan vəzifə tələblərinə uyğun gənclər (29 yaşadək olan) Azərbaycan Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi internet saytı (https://youthfoundation.az/vakansiyalar/) və “GencApp” mobil tətbiqi vasitəsilə mayın 31-dək onlayn qeydiyyatdan keçə bilərlər.
