• çərşənbə axşamı, 23 aprel, 12:31
  • Baku Bakı 24°C

Fiziki şəxs istehsal etdiyi məhsulu satışa çıxara bilərmi?

21.09.22 15:00 728
Fiziki şəxs istehsal etdiyi məhsulu satışa çıxara bilərmi?

Fiziki şəxs istehsal etdiyi hər hansı bir şirniyyat növünü və ya məhsulu marketlərdə satışa çıxara bilərmi?

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, istehsal fəaliyyətini həyata keçirmək üçün vergi qanunvericiliyində sahibkarlıq fəaliyyətinin fiziki və ya hüquqi şəxs olaraq həyata keçirilməsi ilə bağlı xüsusi tələb və ya məhdudiyyət nəzərdə tutulmayıb. Odur ki, qeyd olunan fəaliyyəti hər iki formada həyata keçirmək mümkündür.

Ümumilikdə isə vergi orqanlarında uçot prosedurları, vergiödəyicisinin fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq etməli olduğu hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış olmaq və ya vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək mümkündür.

banner

Oxşar Xəbərlər