bazar, 26 Iyun, 05:56

Baku Bakı 23°C

FİDE reytinqində Azərbaycan millisinin liderləri mövqeyini qoruyub

icon 759 icon 01 yanvar 2021 | 21:56 FİDE reytinqində Azərbaycan millisinin liderləri mövqeyini qoruyub

FİDE reytinqində Azərbaycan millisinin liderləri mövqeyini qoruyub
FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 2021-ci ilin ilk - yanvar reytinqində ötən siyahı ilə müqayisədə bəzi dəyişikliklər olub.
100 ən yaxşı arasında Azərbaycanın 6 kişi və 3 qadın şahmatçısı yer alıb. Millimizin liderlərindən Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci, ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb. Həmçinin Qədir Hüseynov (2665 xal), Rauf Məmmədov (2654) və Arkadi Naydiçin (2649) də mövqeyi dəyişməz qalıb. Onlar müvafiq olaraq, 74-cü, 92-ci və 100-cüdür.
Kişi şahmatçılarımızdan yalnız Nicat Abbasov irəliləyib. Bir pillə irəliləyən təmsilçimiz 2668 xalla 70-ci pilləyə qalxıb.

Siyahıda ilk "üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2823) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 31-ci yerə enib. İki rəqibini qabaqlayan Gülnar Məmmədova (2382) 79-cu yerə yüksəlibsə, ondan 6 xal geri qalan Xanım Balacayeva yenə 90-cıdır.
Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2593) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.