cümə, 12 Avqust, 07:56

Baku Bakı 22°C

Dövlət Vergi Xidməti kirayə mənzil bazarını vergiyə cəlb etmək istəyir

icon 224 icon 30 iyun 2022 | 17:15 Dövlət Vergi Xidməti kirayə mənzil bazarını vergiyə cəlb etmək istəyir

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti ölkə vətəndaşlarının onlara məxsus mənzilləri kirayəyə verməsi ilə bağlı "qara bazar"ı aradan qaldırmaq üçün müzakirələr aparacaq.

"Report" xəbər verir ki, bunu qurumun idarə rəisi Rəşad Nuriyev bildirib.

"Hazırda kirayə mənzil bazarında vergidən yayınma halları var. İki şəxs öz aralarında razılaşırlar və notarial qaydada müqavilə bağlamırlar. Bütün bunları nəzərə alaraq kirayə mənzil bazarı iştirakçılarını növbəti illərdə vergi ödəməyə təşviq etmək üçün müzakirələr aparacağıq", - deyə o, qeyd edib.