• çərşənbə, 24 Iyul, 23:38
  • Baku Bakı 30°C

Citynet GameSummit festivalının əsas tərəfdaşıdır

31.05.24 18:05 2138
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır

Ölkənin qabaqcıl internet provayderi CityNet Azərbaycanda böyük oyun festivalı olan GameSummit-in əsas tərəfdaşıdır.

1 – 2 iyun tarixlərində “Baku Crystal Hall”da keçiriləcək GameSummit Summer 2024 festivalında hər yaş qrupundan olan qonaqların VR və interaktiv zonalarda əylənmək, eyni zamanda qabaqcıl süni intellektə malik əsl robotla söhbət etmək imkanı və müxtəlif hədiyyələr qazanmaq şansı olacaq.

Artıq 3-cü dəfədir ölkəmizdə təşkil olunan bu festivalın əsas tərəfdaşı CityNet iştirakçıları “Gələcəyin şəhəri” mövzulu xüsusi stenddə qarşılayacaq. CityNet City-də qonaqları beynəlxalq virtual yarışlar, dəyərli hədiyyələr və əyləncə dolu eksklüziv oyun arenası gözləyir.

Bundan başqa, CityNet şəhərciyində ilk dəfə olaraq həmyerlilərimizin hazırladığı Azərbaycanın birinci kiberidman oyunu təqdim olunacaq. CityNet iştirakçılara bu oyunu hamıdan əvvəl test etmək imkanı yaradır.

Qeyd edək ki, CityNet ölkəmizdə rəqəmsal inkişafı və innovasiyaları təşviq edən layihə və təşəbbüsləri daima dəstəkləyir. CityNet bundan öncə keçirilən GameSummit festivallarında da əsas tərəfdaş kimi çıxış edib.

CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (120 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat üçün www.citynet.az saytına keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.

banner

Oxşar Xəbərlər