bazar ertəsi, 04 iyul, 10:48

Baku Bakı 23°C

Çin Ukrayna və Rusiyadan taxıl ixracı üçün “yaşıl dəhliz” yaratmağa çağırıb

icon 183 icon 25 may 2022 | 13:45 Çin Ukrayna və Rusiyadan taxıl ixracı üçün “yaşıl dəhliz” yaratmağa çağırıb

"Dünyada ərzaqla bağlı yaranmış mürəkkəb şəraiti nəzərə alaraq Ukrayna və Rusiyadan taxıl ixracı üçün “yaşıl dəhliz” yaratmaq lazımdır".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Çinin XİN rəhbəri Van İ Almaniyanın xarici işlər naziri Annalena Berbokla videoformatda danışıqlar zamanı bildirib. O, ölkəsinin bu məsələdə kömək etməyə və maraqlı tərəflərlə əlaqə yaratmağa hazır olduğunu deyib.

Xatırladaq ki, daha əvvəl Qərb ölkələri Rusiyanı Ukrayna limanlarında taxıl daşınmasına imkan verməməkdə ittiham etmişdi. BMT-nin mayın 1-nə olan məlumatına görə, hazırda Ukrayna limanlarında ixrac üçün nəzərdə tutulmuş 4,5 milyon ton taxıl qalıb. Daha çox taxıl ehtiyatının Odessa limanında qaldığı bildirilir.