• cümə, 29 Mart, 19:39
  • Baku Bakı 14°C

BP-nin Azərbaycan üzrə yeni vitse-prezidenti təyin olunub

26.07.22 12:15 6324
BP-nin Azərbaycan üzrə yeni vitse-prezidenti təyin olunub

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə maliyyə məsələləri üzrə vitse-prezideni dəyişib.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifədə Niall Hendersonu Kolin Alan (Colin Allan) əvəz edib.

Ümumilikdə BP-də 22 il 11 aylıq təcrübəsi olan K.Alan 2014-2016-cı illərdə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə ərazi planlaşdırma və kommersiya meneceri, 2015-2019-cu illərdə "Azəri-Çıraq-Günəşli" layihəsinin ərazi planlaşdırma və kommersiya meneceri vəzifələrində çalışıb.

2019-cu ilin avqustundan etibarən isə BP-nin Trinidad və Tobaqo üzrə nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.

banner

Oxşar Xəbərlər