• cümə axşamı, 28 mart, 21:17
  • Baku Bakı 13°C

Bolqarıstan və Serbiya liderləri Azərbaycan qazını idxal edəcək kəmərin inşasına qatılıblar

02.02.23 10:00 873
Bolqarıstan və Serbiya liderləri Azərbaycan qazını idxal edəcək kəmərin inşasına qatılıblar

Bolqarıstan və Serbiya prezidentləri - Rumen Radevlə Aleksandar Vuçiç enerji təchizatının şaxələndirilməsinə yönəlmiş qaz kəmərinin tikintisində iştirak ediblər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov tviter hesabında yazıb.

“170 kilometrlik boru kəməri qazı Azərbaycandan yeni qoşulma sistemləri vasitəsilə gətirmək üçün nəzərdə tutulub və ilin sonuna kimi istismara veriləcəyi gözlənilir”, - səfir qeyd edib.

banner

Oxşar Xəbərlər