• bazar ertəsi, 24 iyun, 06:53
  • Baku Bakı 22°C

Bakının bu ərazisində evlər sökülür - Sakinlərə nə təklif olunur?

31.05.23 18:45 2809
Bakının bu ərazisində evlər sökülür - Sakinlərə nə təklif olunur?

Bakının Yasamal rayonu ərazisində uçma təhlükəsi ilə üz-üzə olan ikimərtəbəli binaları yaxın vaxtlarda söküləcək.

Trend xəbər verir ki, uçma təhlükəsi ilə üz-üzə olan ikimərtəbəli binaların yerində modern, göz oxşayan çoxmərtəbəli binalar əvəz edəcək.

Evlər Sübhi Salayev, Zivərbəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrin kəsişməsində yerləşir. Evlər iki- üç əsr əvvəl tikilib.

Bildirilib ki, Artıq bir həftədir ki, həmin ünvanlarda yaşayanların ərazidən kirayə mənzillərə köçürülməsinə başlanılıb. Evlərini tərk edən vətəndaşlara çoxmərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur. Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu veriləcək.

banner

Oxşar Xəbərlər