çərşənbə axşamı, 09 avqust, 12:34

Baku Bakı 27°C

Bakı-Naxçıvan avtobus reyslərinin artırılması nəzərdə tutulur? - AÇIQLAMA

icon 199 icon 06 avqust 2022 | 13:45 Bakı-Naxçıvan avtobus reyslərinin artırılması nəzərdə tutulur? - AÇIQLAMA

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin sayı sərnişin axını daha çox olduğu halda artırıla bilər.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, marşrutların təhlili, tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, Bakı-Naxçıvan-Bakı avtobuslarının hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.

"Təhlillər nəticəsində reyslərin sayının artırılması qərara alınıb. Artıq Bakı-Naxçıvan-Bakı istiqamətində gündə 2 deyil, 3 reys həyata keçirilir. Sərnişin axını olduğa halda reyslərin sayı artırıla bilər. Tələbat nəzərə alınaraq reyslərdən biri axşam saatlarında həyata keçirilir".