• cümə axşamı, 13 iyun, 05:46
  • Baku Bakı 24°C

“Bakcell"in dəstəyi ilə "Google AI Hackathon" baş tutub

10.06.24 17:52 379
“Bakcell"in dəstəyi ilə "Google AI Hackathon" baş tutub

Bakcell-in rəsmi sponsorluğu və Tech Academy-nin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Google AI Hackathon" baş tutub.

IDDA-nın ev sahibliyi etdiyi innovasiya və yüksək texnologiyaları təmsil edən tədbir, yaradıcı beyinləri, süni intellekt həvəskarlarını, developer və proqramçıları bir araya toplayıb. Google-ın möhtəşəm Sİ platforması olan "Gemini"dən istifadə edərək yenilikçi həllər tapmağa çalışan 21 komanda 2 gün ərzində qalibiyyət üçün yarışıb.

"Bu möhtəşəm tədbirin Bakıda keçirilməsi Azərbaycanın texnologiya sahəsindəki liderliyini və innovasiyaya olan dəstəyimizi təmsil edir. Komandaların nümayiş etdirdikləri yaradıcılıq və istedad həqiqətən ilhamverici idi. Bugünkü tədbiri dəstəklədiyimiz kimi, Azərbaycanın parlaq gənclərinin də hər zaman yanındayıq." deyə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller bildirib.

Bakcell əməkdaşının da təmsil etdiyi münsiflər heyətinin qərarına əsasən 2-ci günün sonunda hakatonun qalibləri təyin olunub. “CODAGE” adlı komanda 1-ciliyə layiq görülərək 3000 AZN, 2-ci yeri tutan “JOSUA VERSE” komandası 2000 AZN, “LİBRA VƏ SPARK” komandası isə 3-cülüklə 1000 AZN dəyərində pul mükafatı qazanıblar.

banner

Oxşar Xəbərlər