• cümə, 19 Aprel, 17:46
  • Baku Bakı 25°C

"Azərkosmos": "45-dən artıq ölkədə 200-dən çox müştəriyə xidmət göstəririk"

27.09.22 16:45 728
"Azərkosmos": "45-dən artıq ölkədə 200-dən çox müştəriyə xidmət göstəririk"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 45-dən artıq ölkədə həm dövlət, həm də özəl sektora aid 200-dən çox müştəriyə xidmət göstərir.

“Report” xəbər verir ki, bunu qurumun sədr müavini Dunay Bədirxanov bildirib.

"On bir il əvvəl Azərbaycanda kosmik sənayenin əsasının qoyulması digər sahələrin də inkişafına təsir edib. "Azərkosmos" müştərilərə göstərilən xidmətlərin çeşidini daha da artırmaq niyyətindədir: Bir qədər əvvəl biz təsviri məlumatlardan istifadə ilə bağlı xüsusi kosmik proqram hazırladıq. Bu gün bütün dövlət qurumları və özəl şirkətlər fəaliyyətlərini genişləndirmək üçün həmin məlumatlardan istifadə edirlər. Bundan başqa, biz təsviri məlumatlar xidmətimizi daha da genişləndiririk. Bunun üçün coğrafi informasiya sistemləri mərkəzində yeni məlumat tətbiqi hazırlanıb.

Milli Aviasiya Akademiyası ilə əməkdaşlığımız çərçivəsində Coğrafi İnformasiya Sistemləri (Geographic Information System - GIS) təlim mərkəzi yaratmışıq. Biz gələcəkdə təkcə yerli deyil, regionda olan bütün mütəxəssisləri bu beynəlxalq sertifikasiyalı təlim mərkəzinə dəvət etmək niyyətindəyik”, - o qeyd edib.

banner

Oxşar Xəbərlər