• cümə, 19 Aprel, 16:37
  • Baku Bakı 25°C

"Azərişıq": "Füzulidə elektromobillər üçün dolum məntəqələri quraşdırılacaq"

03.02.23 11:50 704
"Azərişıq": "Füzulidə elektromobillər üçün dolum məntəqələri quraşdırılacaq"

Füzuli şəhərində inşa edilən yeni rəqəmsal idarəetmə mərkəzinin yaxınlığında elektromobillərin enerji doldurması üçün dolum məntəqələri quraşdırılacaq.

Kaspi.az xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən mətbuat konfransında deyib.

A.Məmmədzadənin sözlərinə görə, təmsil etdiyi qurum bütün yeni yarımstansiya və rəqəmsal idarəetmə mərkəzlərində bu növ dolum mərkəzlərini yerləşdirəcək:

"Rəqəmsal idarəetmə mərkəzləri vasitəsi ilə elektrik enerjisi təchizatı prosesini abonentin sayğacına qədər nəzarətdə saxlaya bilirik. Artıq Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada da bu işləri asanlıqla həyata keçirə bilirik".

banner

Oxşar Xəbərlər