• cümə, 27 Dekabr, 03:42
  • Baku Bakı 9°C

“Azəriqaz” Zəngilanda qaztənzimləyici məntəqə qurur

20.07.24 00:21 3419
“Azəriqaz” Zəngilanda qaztənzimləyici məntəqə qurur

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaztənzimləyici məntəqə (QTM) qurulur. Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, işlər müntəzəm olaraq davam etdirilir. QTM Zəngilan rayonun Həkəri, Yenikənd və 2-ci Alıbəyli kəndlərini “mavi yanacaq”la təmin edəcək. QTM-in ərazisi 2500 kv metr olacaq. Hazırda ərazidə iki su anbarının tikintisi başa çatmaq üzrədir. İşıq dirəklərinin bünövrəsi hazır vəziyyətdədir. Cari işlərin avqustun sonunadək yekunlaşdırılması planlaşdırılır.

 

banner

Oxşar Xəbərlər