• şənbə, 27 Iyul, 07:21
  • Baku Bakı 26°C

“Azəriqaz” yoxlamalara dair reyestr yaradıb

27.01.24 00:29 3353
“Azəriqaz” yoxlamalara dair reyestr yaradıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi yaşayış mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunması ilə bağlı keçirilən yoxlamaların nəticələrinə dair reyestr yaradıb.

“Report”un məlumatına görə, bunu “Azəriqaz”ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, reyestr artıq fəaliyyətdədir: “Azəriqaz”ın respublika üzrə bütün Regional Qaz İstismarı İdarələrinin yazdığı bütün aktlar reyestrə daxil edilir. Oraya daxil edilmiş məlumatların və aktların skan olunmuş variantını “Azəriqaz”ın rəhbər strukturları da ümumi sistemdən görə biləcək”.

İ. Behbudov deyib ki, qanunvericiliyin tələbinə uyğun olaraq reyestr elektron şəbəkəyə inteqrasiya ediləcək: “Hazırda bunun üzərində iş gedir və üzümüzə gələn həftələrdə bu işlərə məsul dövlət qurumları reyestrə çıxış əldə edəcəklər. Hətta, Azərbaycanın ən ucqar kəndində keçirilən müayinənin aktını reyestrdə görmək mümkün olacaq”.

O qeyd edib ki, reyestr ümumrespublika şəbəkəsinə inteqrasiya olunduqdan sonra hər bir abonent oraya daxil olub şəxsi kabinet yaradaraq ona yazılan aktın skan variantı görə biləcək.

“Azəriqaz” rəsmisinin sözlərinə görə, yanvarın 10-dan başlayaraq qurum yaşayış mənzillərində, sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün ölkə üzrə 100 minədək evdə texniki müayinə keçirib: “Bakı şəhəri üzrə keçirilən texniki müayinələrin sayı isə 30 minə yaxınlaşmaqdadır. Bu, çox yüksək göstəricidir”.

banner

Oxşar Xəbərlər