• bazar, 08 Sentyabr, 03:21
  • Baku Bakı 18°C

“Azerconnect Group” “The Great Innovation” tədbirində iştirak edib

16.07.24 15:36 3014
“Azerconnect Group” “The Great Innovation” tədbirində iştirak edib

 “Azerconnect Group” Böyük Britaniyanın Azərbaycandakı Ticarət Palatasının (BCCA) təşkilatçılığı ilə keçirilən “The Great Innovation” adlı xüsusi görüşdə iştirak edib.

Dövlət və özəl təşkilatlardan 100-dən çox nümayəndənin qatıldığı tədbirdə “Azerconnect Group” tərəfindən innovasiya və rəqəmsallaşma sahələrində həyata keçirilən uğurlu layihələr və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat təqdim edilib.

“Azerconnect Group”un baş direktorunun müavini Dövlət Dövlətov tədbirdə şirkətin ən son beynəlxalq təcrübə və standartlara uyğun təhlükəsiz əməliyyatlar mərkəzi, maliyyə xidmətləri (FinTech) sahəsində innovativ ödəmə sistemləri, istehlakçılara fərdiləşdişdirilmiş kontent təqdim etməyə imkan verən təkmil hədəfləmə alqoritmləri (AdTech) və digər qabaqcıl layihələr barədə danışıb.

Eyni zamanda, cari ildə “Azerconnect Group” və dünyanın aparıcı telekommunikasiya şirkəti “Vodafone Group” arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalandığını vurğulanıb. Bildirilib ki, bu əməkdaşlıq ölkənin İKT sektorunun inkişafına töhfə verəcək, bu sahəyə qlobal təcrübə, o cümlədən innovasiya və yeni həll yolları gətirəcək.

Bundan əlavə, qeyd olunub ki, hazırda Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi həyata keçirilir. Bu layihə ölkəmizin rəqəmsallaşmasında, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsində əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, “The Great Innovation” adlı görüşün keçirilməsində məqsəd innovasiya, rəqəmsallaşma və telekommunikasiya sahələrində fəaliyyət göstərən dövlət və özəl təşkilatların nümayəndələrini, ekspertləri bir araya gətirmək, bu sahədə mövcud vəziyyət, yenilikləri müzakirə etmək olub.

“Azerconnect Group” ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən şirkətdir. “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

banner

Oxşar Xəbərlər