• çərşənbə, 24 Iyul, 21:16
  • Baku Bakı 30°C

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28.06.24 11:00 1605
Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycanın ən böyük İKT şirkəti Azerconnect Group BMT-nin İnkişaf Proqramı tərəfindən “Gender İnklüziv İş yeri” mükafatına layiq görülüb.

Mükafat BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (QSGP) həsr olunan mərasimdə təqdim edilib. Tədbirdə Azerconnect Group tərəfindən həm şirkət daxilində, həm də cəmiyyətdə gender bərabərliyi və inklüziv mühitin inkişafı üzrə həyata keçirilən uğurlu layihələr, irəli sürülən təşəbbüslər barədə geniş məlumat verilib. Eyni zamanda, Azerconnect Group-un iki il ardıcıl olaraq nüfuzlu “Top Employers Institute” tərəfindən “Ən Yaxşı İşəgötürən” kimi seçilən yeganə yerli şirkət olduğu vurğulanıb.

Qeyd edək ki, Azerconnect Group 2022-ci ildə BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub. BMT-nin Qlobal Sazişi və BMT Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır, həmçinin korporativləri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir. QSGP Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi çərçivəsində həyata keçirilir.

Azerconnect Group ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən şirkətdir. Azerconnect Group mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.

Azerconnect Group müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

banner

Oxşar Xəbərlər