• şənbə, 20 Aprel, 08:01
  • Baku Bakı 14°C

Azərbaycandan Rusiyaya iyulda ixrac olunan 8,4 min ton meyvə yoxlanılıb

23.07.22 10:41 3035
Azərbaycandan Rusiyaya iyulda ixrac olunan 8,4 min ton meyvə yoxlanılıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Moskva şəhəri üzrə idarəsi, bu ilin iyul ayının əvvəlindən bəri Moskva və Tula bölgələrində 450-dən çox nəqliyyat vasitəsini yoxlayıb.

Kaspi.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.

Məlumata görə, yoxlanılan nəqliyyat vasitələrində Azərbaycanlı istehsalçılar tərəfindən göndərilən ümumi çəkisi 8,4 min ton olan təzə ərik, alça, nektarin, gavalı və gilas olub.

Rusiya Bitki Karantin Mərkəzi (FSBI "VNIIKR"), bu məhsullar üzərində karantin-fitosanitar tələbləri ilə bağlı laboratoriya tədqiqatları aparıblar.

Karantin-fitosanitar idarəetmə prosedurundan uğurla keçən məhsullar sərbəst satışa buraxılıb.

banner

Oxşar Xəbərlər