bazar ertəsi, 05 dekabr, 18:41

Baku Bakı 3°C

Azərbaycanda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın şəxsin pensiyası artacaq

icon 2253 icon 28 sentyabr 2022 | 15:45 Azərbaycanda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın şəxsin pensiyası artacaq

Azərbaycanda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın şəxsin pensiyası artacaq.

"Report"un xəbərinə görə, bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış "Əmək pensiyaları haqqında" qanunda dəyişiklikdə əksini tapıb.

Layihənin qəbulu nəticəsində dövlət büdcəsinə mahiyyət etibarı ilə hər hansı əlavə maliyyə yükü yaranmayacaq.

Belə ki, qanunun 29.2-ci maddəsinə əsasən bu qanunun 20-ci maddəsində adı keçən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, teminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır və dövlət büdcəsindən ödənilir. Aparılan hesablamalar göstərir ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin pensiyalarının yenidən hesablanmasına xərclənən vəsaitin, bu dövrdə onların pensiyaları indeksasiya edilərdisə onda bunun üçün xərclənən vəsait ilə təxminən bərabər olması ehtimal edilir. Beləliklə, yeni metodologiya ilə 3-5 ildən bir əməkhaqqındakı artım nəticəsində qulluq stajına görə əlavələrin yenidən hesablanması üçün sərf edilən maliyyə vəsaiti hər il müəyyən proporsiyalarla həmin əlavələrin indeksləşdirilməsinə sərf ediləcək.

Layihə, hazırda xüsusi şərtlərlə pensiya alan 90 minə yaxın pensiyaçını əhatə edəcək.