bazar, 29 Yanvar, 16:51

Baku Bakı 8°C

Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 31 % artıb

icon 256 icon 23 yanvar 2023 | 15:15 Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 31 % artıb

2022-ci ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 804,1 milyon manat vəsait daxil olub.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 31,2% çoxdur.

Hesabat dövründə büdcəyə sair daxilolmalar isə 529,1 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 28,4% çoxdur.