cümə axşamı, 29 sentyabr, 18:21

Baku Bakı 23°C

Azərbaycanda banklara verilən yenidənmaliyyələşdirmə kreditlərinin şərtləri dəyişib

icon 268 icon 11 avqust 2022 | 14:30 Azərbaycanda banklara verilən yenidənmaliyyələşdirmə kreditlərinin şərtləri dəyişib

“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları” dəyişib.

Kaspi.az xəbər verir ki. dəyişiklikləri qurumun sədri Taleh Kazımov təsdiqləyib.

Dəyişikliklərə əsasən, yenidənmaliyyələşdirmə kreditləri hərrac vasitəsilə və yaxud hərracdan kənar verilə bilər.

Belə ki, 180 gündən çox olmayan müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə birbaşa və yaxud dolayı hərraclar vasitəsilə ilə veriləcək. Kreditlər üzrə təminat hərracın keçirildiyi gündən 3 iş günü (əvvəl 5 gün nəzərdə tutulurdu) ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunacaq.

Bundan başqa, AMB təminat əsasında 360 gündən çox olmayan müddətə hərracdan kənar yenidənmaliyyələşdirmə kreditləri verəcək. Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunur.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.