• cümə, 29 Mart, 11:48
  • Baku Bakı 5°C

Azərbaycanda açıq bankçılıq standartları hazırlanır

29.09.22 17:00 680
Azərbaycanda açıq bankçılıq standartları hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) açıq bankçılıq standartları hazırlayır.

"Report” xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda AMB-nin baş direktoru Fərid Osmanov bildirib.

"Düşünürük ki, normativ-hüquqi bazanın formalaşdırılmasından sonra ölkəmizdə bank sistemi ilə fintex sistemi rəqabət şəraitində deyil, bir-biri ilə sinerji şəraitində çalışacaq. Bunun əsas təlimatçılarından olan açıq bankçılıq standartları işlənilir və qəbul olunacaq.

AMB həm tənzimləyici, həm də dəstəkləyici maliyyə institutu kimi çıxış edir. Bu baxımdan xüsusi tənzimləmə rejiminin formalaşmasına önəm veririk. Hər bir innovativ ideya, startap bazara çıxmazdan öncə xüsusi tənzimləmə rejimi çərçivəsinə keçəcək və bu yolla maliyyə bazarlarına daha sağlam startap və fintexlərin çıxışını dəstəkləyəcəyik", - deyə o, qeyd edib.

banner

Oxşar Xəbərlər