bazar, 03 Dekabr, 15:43

Baku Bakı 19°C

Azərbaycanda 9 milyon təmassız bank kartı var

icon 593 icon 29 sentyabr 2022 | 14:59
Azərbaycanda 9 milyon təmassız bank kartı var


Bu il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycandakı 12,6 milyon bank kartının təxminən 9 milyonu təmassız olub.

“Report” xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bildirib.

"Son 1 ildə bank kartlarının sayı 23 %, təmassız bank kartlarının sayı isə 55 % artıb. Hesabat dövründə təmassız ödənişlərin məbləğində 2,7 dəfə, sayında isə 2,1 dəfə artım olub. Son nəticədə kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi 12,5 faiz bəndi artaraq 41 %-ə çatıb", - deyə o, qeyd edib.