• cümə axşamı, 25 aprel, 18:51
  • Baku Bakı 21°C

Azərbaycan və Özbəkistanın qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

21.06.22 12:30 793
Azərbaycan və Özbəkistanın qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

İndiyə qədər Azərbaycan Özbəkistana 64 milyon ABŞ dolları, Özbəkistan isə Azərbaycana 18,5 milyon ABŞ dolları investisiya qoyub.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Jalə Hacıyeva bildirib.

Onun sözlərinə görə, Özbəkistanda 40-dan çox Azərbaycan şirkəti, Azərbaycanda isə 53 Özbəkistan şirkəti qeydiyyatdan keçib.

"Azərbaycan şirkətləri Özbəkistanda biznes qurmaqda çox maraqlıdılar", - o deyib.

2021-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin dəyəri 11,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2020-ci illə müqayisədə 36% çoxdur. Son 5 il üzrə dinamika isə 5 dəfədir.

Bugünki biznes-forumda Özbəkistan tərəfi 19 şirkətlə təmsil olunur.

banner

Oxşar Xəbərlər