• cümə, 29 Mart, 13:25
  • Baku Bakı 14°C

Azərbaycan neftinin qiyməti 97 dollara düşüb

05.08.22 10:45 812
Azərbaycan neftinin qiyməti 97 dollara düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,58 ABŞ dolları, yaxud 5,5% azalaraq 96,61 ABŞ dolları təşkil edib.

Bu barədə  neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 94,36 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

banner

Oxşar Xəbərlər