bazar, 04 Dekabr, 09:31

Baku Bakı 4°C

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb

icon 403 icon 29 sentyabr 2022 | 11:38 Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,76 ABŞ dolları və ya 1,95% artaraq, 91,93 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.