• cümə, 29 Mart, 10:52
  • Baku Bakı 5°C

Azərbaycan gələn il açacağı yeni səfirliklərinə 16 milyon manat xərcləyəcək

22.11.22 17:45 905
Azərbaycan gələn il açacağı yeni səfirliklərinə 16 milyon manat xərcləyəcək

Azərbaycanın gələn il İsrail, Albaniya və Keniyada açacağı səfirliklərinin, Fələstində açacağı nümayəndəliyinin saxlanılmasına 15,9 milyon manat yönəldilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, parlamentin saxlanılması xərclərinin isə 4,1 milyon manat artırılması nəzərdə tutulub. Beləliklə, ümumilikdə 20 milyon manat əlavə xərc gözlənilir ki, bu da Naxçıvana dotasiyanın azaldılması hesabına baş tutacaq. Artıq bu məsələ muxtar respublikanın rəhbərliyi ilə razılaşdırılıb.

banner

Oxşar Xəbərlər