• çərşənbə axşamı, 19 mart, 14:30
  • Baku Bakı 8°C

Azərbaycan ət idxalını 2 % artırıb

24.03.23 15:20 806
Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 11 milyon 992 min ABŞ dolları təşkil edib.

Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 137 ton ( 1,9 %) çoxdur, dəyər baxımından isə 139 min ABŞ dollar (1,1 % ) azdır.

Xatırladaq ki, yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib, 1 il əvvələ nisbətən ət istehsalı 2,8 %, süd istehsalı 1,1 % və yumurta istehsalı 16,1 % artıb.

banner

Oxşar Xəbərlər