• cümə, 29 Mart, 13:43
  • Baku Bakı 14°C

Azərbaycan bütün zəruri nəqliyyat və logistika infrastrukturu ilə təmin edilib

24.05.23 22:45 481
Azərbaycan bütün zəruri nəqliyyat və logistika infrastrukturu ilə təmin edilib

Azərbaycan Şimaldan Cənuba və Qərbdən Şərqə Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində unikal mövqe tutur.

Bunu Trend-ə "Gazprombank"ın Bazar konyunkturunun təhlili departamentinin rəis müavini Gulnara Haydarşina deyib.

"Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən nəqliyyat və logistika marşrutları Azərbaycanın yerləşdiyi ərazidə birləşir. Bir tərəfdən Azərbaycan Transxəzər nəqliyyat marşrutunun mərkəzində yerləşir. Avrasiya qitəsinin qərbi ilə şərqini birləşdirən bu layihə Qazaxıstan, Türkiyə və Gürcüstanla birgə həyata keçirilir. Digər tərəfdən, Azərbaycan Cənubi Asiya ölkələri ilə ticarətin inkişafına yönəlmiş Şimal-Cənub nəqliyyat dəhlizində mərkəzi mövqe tutur. Eyni zamanda, Azərbaycan bütün zəruri nəqliyyat və logistika infrastrukturu - aviasiya, dəmir yolu, boru kəməri və dəniz nəqliyyatı ilə təmin olunub", - deyə o bildirib.

Onun sözlərinə görə, nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsi yeni sənaye sahələrinin, o cümlədən əsas nəqliyyat qovşaqlarına yaxın yerləşən yüksək texnologiyalı sahələrin yaradılmasına kömək edəcək.

"Bunun bariz nümunəsi 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında SOCAR-ın karbamid zavodunun yaradılmasıdır. Bundan əlavə, Azərbaycanın qərbində alüminium məmulatlarının istehsalı üzrə yeni böyük müəssisə yaradılacaq. Birinci mərhələdə investisiyaların həcmi 132 milyon ABŞ dolları təşkil edəcək. Onu da unutmaq olmaz ki, böyük neft və qaz ehtiyatları nəqliyyat dəhlizlərinə yaxınlığı ilə birlikdə Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əhəmiyyətini artırır", - deyə o əlavə edib.

banner

Oxşar Xəbərlər