• cümə axşamı, 28 mart, 18:53
  • Baku Bakı 13°C

"Özümüzün və yaxınlarımızın sağlamlığını qoruyuruq"

03.07.20 10:15 1019
"Özümüzün və yaxınlarımızın sağlamlığını qoruyuruq"
Bu gün dünyanın əksər ölkələri Yer kürəsini cənginə almış koronavirus (COVID-19) pandemiyası ilə mübarizə aparır. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə müvafiq istiqamətdə həyata keçirilən tədbirlər hər bir azərbaycanlının sağlamlığının qorunmasına xidmət edir.
Bu sözləri Əməkdar artist, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müəllimi, AMEA-nin doktorantı Ruzə İbişova MasallıdaAZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
Koronavirus pandemiyası ilə hamının mübarizə aparmalı olduğunu vurğulayan R.İbişova Azərbaycan dövlətinin vaxtında həyata keçirdiyi təxirəsalınmaz tədbirlər sayəsində dünyanın əksər ölkələri ilə müqayisədə bu sahədə uğurlar qazanıldığını diqqətə çatdırıb.
Əməkdar artist daha sonra deyib: "Bu gün xəstəxanalarda həyatlarını risk altında qoyan həkimlərimiz yorulmadan vətəndaşlarımıza yardım edirlər. Mən müəllim yoldaşlarıma, tələbələrimə, mədəniyyət və incəsənət xadimlərinə evdə qalmağı tövsiyə edirəm.
Əgər qəbul edilmiş qaydalara doğru və düzgün riayət etsək, özümüzün və yaxınlarımızın sağlamlığını düşünsək, pandemiyaya qarşı mübarizədə qalib gələrik. Sosial məsafəyə və şəxsi gigiyena qaydalarına əməl edilməli, qoruyucu vasitələrdən mütəmadi istifadə edilməlidir. Hamını dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa səsləyirəm”.
banner

Oxşar Xəbərlər