• cümə, 26 Aprel, 09:23
  • Baku Bakı 12°C

Özbəkistan OPEC-də müşahidəçi statusu alıb

09.12.18 14:42 564
Özbəkistan OPEC-də müşahidəçi statusu alıb
OPEC-in Vyanada keçirilən iclasında Özbəkistan, Çad, Cənubi Afrika Respublikası və Afrika Neft İstehsalçıları Assosiasiyası bu təşkilatda müşahidəçi statusu alıb.
AZƏRTACÖzbəkistan mətbuatına istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC konfransının sədri Süheyl əl-Məzrui məlumat verib.
Xatırladaq ki, OPEC 1960-cı ildə yaradılıb və dünyada çıxarılan neft ehtiyatlarının 80 faizinə nəzarət edir. Dünya neftinin 40 faizindən çoxu OPEC-in üzvü olan ölkələrdə istehsal edilir.
banner

Oxşar Xəbərlər