SOCAR-da yeni müşavir təyinatı
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfə yeni müşavir təyin edilib. “Report”a SOCAR-dan bildirilib ki, bu vəzifəyə “Azneft” İstehsalat Birliyinin keçmiş baş direktoru Şahmar Hüseynov təyin edilib.
Xatırladaq ki, bir necə gün əvvəl Əli Qurban oğlu Qurbanov “Azneft” İB-nin yeni baş direktoru təyin edilib. O, bundan əvvəl “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.