• şənbə, 04 May, 12:50
  • Baku Bakı 20°C

Yeni mühəndis texnikası və avadanlıqların növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib

05.05.21 12:51 552
Yeni mühəndis texnikası və avadanlıqların növbəti hissəsi Türkiyədən Azərbaycana gətirilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyə Respublikasından alınan ən müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib.
Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.

banner

Oxşar Xəbərlər