• cümə axşamı, 25 aprel, 04:51
  • Baku Bakı 19°C

“Yeni klinika”nın işə düşməsi koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq

29.03.20 09:33 2532
“Yeni klinika”nın işə düşməsi koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq
"Bu xəstəxanada ən müasir standartlar tətbiq olunur, ən müasir avadanlıq alınıbdır, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülübdür. Hesab edirəm ki, bu gün bu xəstəxana Azərbaycanda təchizat baxımından, avadanlıq baxımından və burada göstəriləcək xidmət baxımından aparıcı xəstəxanadır".
Bu barədə Prezident İlham Əliyevmartın 28-də Bakıda "Yeni klinika”nın açılışından sonratibb müəssisəsininkollektivi ilə görüşdə bildirib.
Dövlət başçısı qeyd edib ki, "Yeni klinika” onuntəşəbbüsümlə inşa edilib: "Yadımdadır, bu qərar qəbul olunanda bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Çünki son illər ərzində ölkəmizdə bir çox xəstəxanalar inşa edildi və yeni böyük xəstəxananın inşası hesab olunurdu ki, lazımsızdır. Ancaq həyat onu göstərdi ki, bu, çox düzgün və vaxtında verilmiş qərar idi. Çünki sabahdan etibarən bu xəstəxanada koronavirus xəstələri müalicə olunacaqlar. Pandemiya başa çatana qədər bu xəstəxanada yalnız koronavirus xəstələri müalicə alacaqlar. Ona görə bu xəstəxananın işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə bizə əlavə imkanlar yaradacaqdır".
Prezident deyib ki, xəstəxananın açılışı yayın sonunda, payız aylarının əvvəlində nəzərdə tutulub. Ancaq pandemiyaya görə işlər sürətləndirilbi, əlavə vəsait ayrılıb, qüvvələr səfərbər olunub və xəstəxananın mərhələli yollarla fəaliyyətə başlaması təmin edilib: "Xəstəxanada 575 çarpayı nəzərdə tutulur. Ancaq birinci mərhələdə 100, ondan sonra 300 çarpayı artıq xəstələrin sərəncamına veriləcəkdir. Xəstəxananın ümumi sahəsi 100 min kvadratmetrə yaxındır. Burada 70 reanimasiya yeri vardır. Bu da koronavirus xəstələrinə göstəriləcək xidmətin önəmli hissəsini təşkil edir. 21 əməliyyatxana mövcuddur. Hazırda bu əməliyyatxanalara ehtiyac yoxdur. Ancaq pandemiya başa çatandan sonra bu xəstəxana öz profili üzrə fəaliyyətini davam etdirəcək".
Alpər TURAN
banner

Oxşar Xəbərlər