• şənbə, 03 May, 08:25
  • Baku Bakı 12°C

Yeni bank hesabı açmaq üçün vergi orqanına ərizə verilirmi?

16.06.22 19:00 1134
Yeni bank hesabı açmaq üçün vergi orqanına ərizə verilirmi?

Fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər.

Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergiödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Eyni zamanda, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün fiziki şəxsin qeydiyyatda olduğu vergi orqanına müvafiq qaydada müraciət etməsi tələb olunur.

Gücləndirilmiş elektron imza (o cümlədən ASAN İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin səhifəsindəki “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, həmçinin İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə etmək olar.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə https://bit.ly/3tzUTv6 saytı vasitəsilə tanış olmaq mümkündür.

banner

Oxşar Xəbərlər