• cümə, 29 Mart, 11:58
  • Baku Bakı 5°C

YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq

05.03.21 19:30 845
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq.
Bunu Trend-ə açıqlamasında millət vəkili Musa Quliyev deyib.
O bildirib ki, Azərbaycanın müstəqilliyi dövründə ilk qurultaydır ki, ərazi bütövlüyümüz tam təmin olunduğu vaxtda keçirildi: "Cənab Prezident konseptual xarakterli çıxış etdi, həm giriş, həm yekun nitqində keçdiyimiz yola qiymət verdi. Cənab Prezident çıxışında günün reallığını və yeni çağırışların nə olduğunu söylədi. Ən əsas tezislərdən biri isə cəmiyyətdə birliyin möhkəmlənməsi, siyasi dialoqun davamlı olması, cəmiyyətimizi yalnız bir məram əsasında, müstəqil Azərbaycanı daha da qüdrətləndirmək, işğaldan azad olunan ərazilərimizdə məskunlaşmanı təmin etmək, Azərbaycanın beynəlxalq imicini daha da artırmaq, sosial rifahı yüksəltmək və 6 partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi indiyə qədər aparılan siyasi dialoqun uğurlu bir nəticəsi kimidir. Yəqin ki, bundan sonra da bu dialoq davam edəcək. Ən əsası isə yeni çağırışlar, yeni təşəbbüslər dövrünə qədəm qoyuruq".
banner

Oxşar Xəbərlər