Yalama Aqroparkında rekord səviyyədə məhsuldarlıq əldə olunub

Xaçmaz rayonunda yerləşən Yalama Aqroparkının yem bazasının
formalaşdırılması məqsədilə növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd
təsərrüfatı bitkiləri – 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik
qarğıdalı əkilib. Əkin sahəsində rentabelliyin təmin olunması məqsədilə arpa
biçini aparılıb və yüksək məhsuldarlıq əldə olunub. Arpa biçini aparılmış sahənin
155 hektarına ikinci əkin olaraq silosluq qarğıdalı əkilib.
Bu günlərdə aqroparkda 100 hektar sahədə qarğıdalı biçini başa
çatdırılıb və respublikada rekord səviyyədə məhsuldarlıq - hər hektardan 156,4
sentner olmaqla, ümumilikdə 1564 ton yüksək keyfiyyətli dənlik qarğıdalı
yığılıb.
Yaxın günlərdə isə 170 ha sahədə payızlıq arpa əkininə başlanacaq.
Qeyd edək ki, 523
hektar sahədə yaradılmış Yalama Aqroparkının birinci mərhələsi üzrə 3000 başlıq
cins iri buynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı,
gücü saatda 5 ton olan yem zavodu, tutumu 4,5 min ton olan taxıl anbarı
kompleksi və digər zəruri infrastrukturlar yaradılıb.
İkinci mərhələdə
isə aqroparkda müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton
olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd
və pendir daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.
Hazırda
aqroparkda 150 nəfər çalışır. Layihələrin növbəti mərhələsinin icrası nəticəsində
yaradılacaq yeni iş yerlərinin sayı 300-ü ötəcəkdir.
