• cümə, 26 Aprel, 05:19
  • Baku Bakı 16°C

Xaricdə təhsil üzrə xidmət vergiyə cəlb edilirmi?

22.08.19 09:30 13535
Xaricdə təhsil üzrə xidmət vergiyə cəlb edilirmi?
Xaricdə yerləşən dil tədris məktəblərinə ödənişli əsaslarla dinləyici göndərildikdə, bu xidmətlə bağlı hansı vergi öhdəliyi yaranır?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindənAZƏRTAC-a bildirilib ki, xarici ölkədə təhsilin təşkili xidmətinin göstərilməsi qeyri-rezidentin Azərbaycandakı fəaliyyəti ilə bağlı olduğu halda qeyri-rezidentə köçürülən ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Əks halda ödəmə mənbəyində vergi tutulmur.
banner

Oxşar Xəbərlər