AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Vətən Müharibəsində qazanılan zəfər başımızı uca etdi”

“Vətən Müharibəsində qazanılan zəfər başımızı uca etdi”

Cəmiyyət
05 Dekabr 2020, 11:19 435
 
Qasım Nəsirov: "İndi özümüzü daha rahat və güvənli hiss edirik”
 
Müzəffər Azərbaycan Ordusunun düşmən işğalında olan torpaqlarımızı azad etməsini dünya azərbaycanlıları da böyük coşqu ilə qeyd edir. Onların da bu mübarizəyə öz töhfələri olub. Uzun illərdir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmaq üçün mücadilə aparıblar. Bu gün də mübarizələri bitməyib, əksinə daha geniş vüsət alıb.

İsveçrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovla söhbətimiz də bu barədədir: 
 
- Qasım müəllim, Azərbaycan böyük zəfər tarixini yaşayır. Qarabağımız işğaldan azad olub. İsveçrədə qələbə xəbərlərimiz hansı əks-sədanı yaratdı?
- Dünyanın hər yerində olduğu kimi, İsveçrədə yaşayan azərbaycanlılar tərəfindən də işğal olunan torpaqlarımızda zəfər qazanılması, Qarabağın geri alınması böyük əks-səda yaşatdı. 30 il   azərbaycanlılar Qarabağın həsrətini çəkdi, o torpaqların azad olunması arzusu ilə yaşadı. Bu qədər həsrətdən, itkilərdən sonra torpaqlarımıza qovuşduq. Bu, tarixi qələbədir.  Təbii ki, burada yaşayan azərbaycanlılar da eyni hissləri yaşayır və mübarizələrini davam etdirirdilər. 

- Vətən müharibəsi günlərində dünyanın hər yerində yaşayan azərbaycanlılar böyük həmrəylik nümayiş etdirdilər. Ölkəmizə maddi və mənəvi dəstək aksiyaları keçirdilər, informasiya müharibəsinə qatıldılar. Yaşadığınız ölkədə olan diaspor bu savaşa hansı dəstəyi verdi?  
- Biz təkcə savaş günlərində deyil, ondan əvvəlki illərdə də erməni vandalizminə qarşı mübarizə aparmışıq, təbliğat işlər görmüşük. Uşaqlarımızın yaddaşından silinməməyi üçün bu tarixi anlatmağa çalışmışıq. Vətən Müharibəsində qazanılan zəfər başımızı uca etdi. Biz bir-birimizi təbrik edə-edə azərbaycanlı olduğumuzdan böyük qürur hissi duyuruq. İndi özümüzü daha rahat və güvənli hiss edirik. Bundan sonra da eyni qayda ilə işlərimizi davam etdirəcəyik. Çünki mübarizə təkcə döyüş meydanında deyil, bizim gündəlik işlərimizdə də özünü göstərməlidir. Biz bu zəfərimizi daha da möhkəmləndirməliyik. Ona görə, bizim sivil savaşımız davam edir. İsveçrədəki azərbaycanlılar müharibə vaxtı hər gün medianı izləyir, bir-biri ilə müzakirələr aparır, sosial mediada fəallıq göstərir, paylaşımlar edirdilər. Azərbaycana qarşı yanlış məlumatlarla rastlaşanda, münasibətimizi bildirirdik. Həmin insanlarla əlaqə yaradır, həqiqəti başa salmağa çalışır, məktublar göndərirdik. Savaş günlərində bir neçə tədbir keçirdik. Cenevrədə meriya binası və BMT qarşısında, Sürix meydanında, Bern meydanında tədbirlər keçirərək Qarabağ savaşının bizim tərəfimizdən haqlı olaraq aparıldığını bildirdik. 

- İsveçrənin qonşuluğunda olan Fransa ermənilərə dəstək mövqeyi tutdu. Dünya ölkələrində yaşayan azərbaycanlılar, həmçinin Fransanın mövqeyinə etiraz bildirdilər. Siz bu istiqamətdə hər hansı işlər gördünüzmü?
- Fransanın parlamenti tərəfindən qəbul edilən qərar, təbii ki, bizi narahat edir. Bu qərar layihəsini pisləmək və ona qarşı çıxmaq üçün orda yaşayan azərbaycanlılar tərəfindən yazılan məktublar, etirazlar  daha önəmlidir. Bizim məqsədimiz İsveçrədə bu məsələlərin parlamentə gedib çıxmasının və əleyhimizə hər hansı bəyanatların verilməsinin qarşısının alınmasıdır. Yəni biz çalışmalıyıq ki, bu məsələlər yuxarılara gedib çıxmasın. Hər ölkədə yaşayan azərbaycanlılar Azərbaycanla bağlı problemlərlə həmin ölkədə daha çox məşğul olmalıdırlar. Bunun effekti daha çox olar. 

2021 iş elanları

qaynaqçı vakansiya

çilingər vakansiya

santexnik vakansiyası

fəhlə işi vakansiya

elektrik işi vakansiya

 


- Noyabr ayında ermənilərin Bazeldə keçirmək istədikləri konsert niyə baş tutmadı? 
- Noyabrın 22-də Bazel şəhərinin kilsəsində Bazel Simfonik Orkestrinin konserti nəzərdə tutulmuşdu. Konsertdə iştirak edən musiqiçilərin əksəriyyəti  ermənilər idi. Konserti, guya Xocavənd xəstəxanasında bombardmandan xəsarət almış yaralılara kömək etmək üçün keçirmək istəyirdilər. Bunu afişalarında da qeyd etmişdilər. Konsertin əvvəlində ermənilərin İsveçrədəki tanınmış diaspor rəhbəri çıxış edəcək və müharibədə ermənilərin zərər çəkməsindən və s. danışacaqdı. Afişada da Artsax (Qarabağ-Ermənistan) yazılmışdı. Bazeldə yaşayan diaspor üzvlərimiz bu barədə bizə məlumat verdilər.  Biz də dərhal kilsə ilə əlaqə yaratdıq. Bir çox informasiyalar toplayıb onlara göndərdik. Kilsənin baş rahibi ilə görüş əsnasında erməni tərəfin kilsəni siyasi məqsədləri üçün istifadə etdiyini və bu kimi fikirlərini musiqi vasitəsi ilə insanların başına yeritmək istədiklərini bildirdik. Bizim sözlərimiz onlara təsir etdi və konsertin başlamasına iki gün qalmış onu ləğv etdilər və bizdən də üzr istədilər. Bu, bizim ən böyük qələbəmizdən biridir ki, böyük bir zalda musiqi dinləməyə gələn insanlara Qarabağı qondarma "Artsax” adı ilə təqdim etmələrinin qarşısını aldıq. Onların  konsert adı altında siyasi məqsədlərinin həyata keçməsinə mane olduq. Bundan sonra da mübarizəmizi bu istiqamətdə davam etdirəcəyik. İlk növbədə ölkəmiz haqqında yazılan yalan məlumatların qarşısını almaq lazımdır. Çox vacibdir ki, insanlar bizim haqqımızda yalan məlumatları oxumasınlar. Təəssüf ki, xarici mediada tez-tez bu cür məlumatlar yer alır. Yerli siyasətçilər və media nümayəndələri ilə görüşüb Qarabağ müharibəsinin mahiyyəti, işğaldan azad edilən torpaqlarımız haqqında onlara məlumatlar vermək, həqiqətləri anlatmağı düşünürük. Bildirməliyik ki, ermənilər, torpaqlarımızdan çəkilərkən evləri, tarixi abidələri, məscid və kilsələri yandırıb, dağıdıb yarasız hala salıblar. Qoy onlar əsil həqiqəti bilsinlər. 
 
- İşğaldan azad olunan yerlərimizlə bağlı hansı mədəniyyət tədbirlərinin təşkilini düşünürsünüz?
- Ermənilər işğal etdikləri torpaqlarımızı viran edib, evləri dağıdıb, yandırıblar. Əlbəttə, dəyən ziyanı aradan qaldırmaq asan deyil, amma Azərbaycan qüdrətli ölkədir. İnanıram ki, həmin bölgələr yenidən əksi ab-havasını qaytaracaq, öz gözəlliyini alacaq. İndiki halda işğalçıların dağıtdığı yerləri biz fərqli şəkildə təqdim etmək istəyirik. Məsələn, son vaxtlar hətta Ağdamın adını "Xirosima” qoyublar. Yəni Ağdam partlayışdan sonrakı Xirosimanı xatırladır. Mən Xirosima ilə bağlı bir tarixçəni xatırlatdım: "Xirosimadan olan Sadako Sasaki adlı yapon qız atom bombasından sonra xəstələnmişdi. O şəhərin bərpası və öz sağlığının geri qayıtması üçün 100 ədəd oriqami düzəltməyə qərar vermişdi. O, həyatdan tez köçdüyü üçün məqsədinə çata bilməsə də, adı hamının dilində qaldı. "Xirosima” dediyimiz zaman hamı oriqamiləri xatırlayır. Mən də təklif etdim ki, əgər Ağdamı Xirosima ilə müqayisə ediriksə, Ağdama görə bir aksiya keçirək və bütün uşaqlardan, isveçrəlilərdən xahiş edək ki, oriqami düzəltsinlər. Bu, Ağdamın bərpası və orda həyatını itirən insanları xatırlamaq üçün gözəl təşəbbüsdür. Təklif etdim ki, həmin oriqamini gələcəkdə Ağdamın simvolu olaraq edək. Ağdamda oriqaminin heykəlini də qoymaq olar. Mən Ağdamın əvvəlki  vaxtlarının və dağılmış görkəminin şəkillərini ortaya qoyacağam. İnsanlardan xahiş edəcəyəm ki, bu fotolara baxıb Ağdamın bərpası və orda həlak olan insanların xatirəsini anmaq üçün oriqami düzəltsinlər. Biz bu təşəbbüsü İsveçrədə reallaşdırmağı düşünürük.
 
Təranə Məhərrəmova