• çərşənbə, 13 Noyabr, 03:43
  • Baku Bakı 10°C

Vergidə uçotda olmayan fiziki şəxslərdən mallar alındıqda alış aktı tərtib edilməlidir

14.09.21 17:07 271
Vergidə uçotda olmayan fiziki şəxslərdən mallar alındıqda alış aktı tərtib edilməlidir
Vergi qanunvericiliyinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergiödəyicisinin vəzifəsidir.
Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda, alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilməlidir.
Eyni zamanda, qanunvericiliyə görə vergiödəyicisi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.
banner

Oxşar Xəbərlər