• çərşənbə axşamı, 16 aprel, 15:23
  • Baku Bakı 19°C

Ürək sağlamlığının qızıl qaydası

25.03.23 20:45 456
Ürək sağlamlığının qızıl qaydası

Ürək xəstəlikləri adətən yaşlı təbəqədə müşahidə olunur. Lakin son zamanlar gənc nəsil də ürək xəstəliklərindən daha çox əziyyət çəkir və bu da həmin xəstəliyin – gəncləşdiyini göstərir.

AZƏRTAC xəbər verir ki, həkim-kardioloq Fərid Əliyev deyib: “Ürək sağlamlığını qorumaq üçün siqaret çəkməkdən imtina etmək, sağlam qidalanmaq, transyağlardan uzaq olmaq, risk faktorlarını nəzarətdə saxlamaq lazımdır. Bunlarla yanaşı daim fiziki hərəkətlər etmək, təmiz hava udmaq da ürək sağlamlığında əhəmiyyətli rol oynayır. Lakin yalnız hərəkət etməklə həmin xəstəliklərin qarşısını almaq olmaz. Bunların hamısına əməl etmək sayəsində ciddi və yaxşı nəticə əldə etmək olar”.

Ürək olduqca həssas orqandır. Həmin orqandan doğan xəstəliklər adətən bədəndə gizli formada irəliləyir. Lakin bir neçə əlamətlə də özünü büruzə verə bilir: “Əlamətlərdən biri sinənin ortasında basqı, yanam və ağırlıq hissidir və hər bir xəstədə fərqli formada müşahidə edilə bilər. Əksər hallarda həmin ağrı 15-20 dəqiqədən çox davam edərsə, bu, infarktın əlaməti sayıla bilər. Xəstəliyin coğrafiyasına fikir versək, nisbətən sakit bölgələrdə ona daha az rast gəlinir. Böyük şəhər və meqapolislərdə daha çox rast gəlinir”, - deyə həkim-kardioloq bildirib.

Stres ürəyin ən böyük düşmənlərindən biridir. Mümkün qədər həmin situasiyalardan uzaq olmaq lazımdır. Bundan əlavə fiziki hərəkətlərin sistematik olaraq həyata keçirilməsi ürək sağlamlığını qoruyur.

banner

Oxşar Xəbərlər