• cümə axşamı, 21 noyabr, 20:06
  • Baku Bakı 14°C

Smuzini 14 yaşından yuxarı olan hər kəsin içməsi faydalıdır

31.05.23 16:31 9852
Smuzini 14 yaşından yuxarı olan hər kəsin içməsi faydalıdır

Sağlamlıq idman, gəzinti və normal yuxu rejimi ilə yanaşı həm də düzgün qidalanmadan asılıdır. Düzgün qidalanma növlərinə sağlam kokteyllər, sular və diyetoloqların da məsləhət gördüyü smuzilər daxildir.

Simuzi müxtəlif meyvə-tərəvəz, hətta göyərtidən hazırlanan qatıq, kokteyl növüdür. Smuzi blenderdə hazırlanır və onun hazırlanması zamanı süd, kefir, yoqurt, qaymaq, şokolad, qoz, fındıq, meyvə quruları və bal kimi inqrediyentlərdən də istifadə olunur.

AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Turanə Nəsibovanın dediyinə görə, smuzi qəbul etmək orqanizm üçün çox faydalıdır: “Xüsusilə qan xərçəngindən əziyyət çəkənlərin, şəkərli diabet xəstələri və ürək-damar sistemində problemi olanların ondan istifadə etməsi məsləhət görülür. Onun səhərlər və ya idman edəndən bir müddət sonra qəbul edilməsi daha yaxşıdır. Axşam içilməsi o qədər də məsləhət deyil, çünki şəkərli diabet və yaxud insulin dirənci olanlarda bir qədər narahatlıq yarada bilər”.

Smuzi uşaqların qidalanmasında da geniş istifadə oluna bilər. Bir çox uşaqlar meyvə-tərəvəzlər, süd məhsullarını xoşlamır, lakin ləzzətli smuzi onların da ağız dadına uyğun gəlir. Lakin burada diqqət edilməsi lazım olan məqamlar var: “Az miqdarda smuzinini uşaqlar da qəbul edə bilərlər. Daha yaxşı olar ki, onu 14 yaşından yuxarı uşaqlar içsinlər. Böyüklər üçün yaş həddi yoxdur”, - deyə həkim-diyetoloq bildirib.

Ev şəraitində də smuzi hazırlamaq mümkündür.

Diyetoloq bir smuzi resepti də verib: “Kokos və ya badam südü götürülür, lakin digər veqan südlərdən də istifadə edilə bilər. Üzərinə laktozasız qatıq, beş-altı ədəd çiyələk, rəng və dad üçün bir neçə ispanaq yarpağı, sonra banan əlavə edilib blenderlə qarışdırılaraq içilir”.

banner

Oxşar Xəbərlər