AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“TurkStream”lə Avropaya 500 milyon kubmetrdən çox təbii qaz göndərilib

“TurkStream”lə Avropaya 500 milyon kubmetrdən çox təbii qaz göndərilib

İqtisadiyyat
19 Fevral 2020, 15:30 2666
"Türk axını” boru kəməri ("TurkStream”) ilə Türkiyə üzərindən Avropaya 506 milyon kubmetr təbii qaz nəql olunub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yanvarın əvvəlində istifadəyə verilən "Türk axını” ilə indiyədək nəql edilən 1 milyard kubmetrdən çox qazın 54 faizi Türkiyəyə, 46 faizi isə Bolqarıstan-Türkiyə sərhədinə çatdırılıb.
Qeyd edək ki, yanvarın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə boru kəməri istifadəyə verilib. Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 kilometrdir. Bu xətlərin hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. Rusiyanın Anapa şəhərindən başlayan boru kəməri İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində quruya çıxır. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyəcək. İkinci xətt ilə Rusiya qazının Avropaya nəqli planlaşdırılır.