Türkiyə ilə Azərbaycan arasında daha bir sənəd təsdiq edildi
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında məsələ müzakirə edilib.
Trend-in məlumatına görə, protokola əsasən, Azərbaycan Respublikasında iki peşə təhsili verən müəssisənin bazasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin dəstəyi ilə iki yeni peşə təhsili müəssisəsi yaradılacaq.
Protokola əsasən, tərəflər qarşılıqlı bilik və təcrübə səviyyəsini artırmaq məqsədilə peşə təhsili müəssisələri arasında "qardaşlaşmış məktəblər” əlaqələrinin yaradılmasını, kurs və təcrübə keçməyi təşviq edəcəklər.
Müzakirələrdən sonra protokol səsverməyə qoyularaq təsdiq edilib.