“Global Media Group”un təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib

Ətraf mühitin mühafizəsinə və davamlı inkişafa xüsusi önəm verən “Global Media Group”un təşəbbüsü ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.
"Report"un məlumatına görə, 22 aprel 2025-ci il tarixində keçirilmiş aksiya Qrupa daxil olan şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutub.
“Yaşıl gələcək birlikdə kök salır” şüarı ilə həyata keçirilmiş aksiya çərçivəsində ərazidə iqlim şəraitinə uyğun 500-dən çox müxtəlif növ ağac əkilib. Tədbirdə “Global Media Group”un rəhbər heyəti və əməkdaşları iştirak ediblər. Təşəbbüsün əsas məqsədi ekoloji davamlılığın təmin edilməsi, ətraf mühitin yaşıllaşdırılması və təbii resursların qorunmasına töhfə verməkdir.
“Global Media Group” olaraq, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdə iştirak etməkdən məmnunluq duyuruq. Davamlı inkişaf prinsiplərinə sadiq qalaraq, həyata keçirdiyimiz bu ağacəkmə aksiyası ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin olunmasına yönəlmiş kompleks fəaliyyətlərimizin bir hissəsidir. Bu kimi təşəbbüslər vasitəsilə həm ekoloji dəyərlərin cəmiyyətdə təşviqinə, həm də gələcək nəsillər üçün daha sağlam və dayanıqlı mühitin formalaşdırılmasına töhfə veririk”, – “Global Media Group”un İdarə Heyətinin üzvü Rövşən Nizamov bildirib.
Dayanıqlılıq siyasəti BMT-nin Qlobal Sazişinə üzv olan “Global Media Group”un Korporativ Sosial Məsuliyyət strategiyasının əsas tərkib hissəsini təşkil edir. O cümlədən, Qrup ətraf mühitin qorunması və ekoloji maarifləndirmə layihələrinin uğurla icrasına səy göstərir, dayanıqlı nəticələrin əldə olunmasını hədəfləyir.
Jurnalistlərə açıqlamasında "Global Media Group"un Marketinq direktoru Laura Seyidbəyova deyib ki, "Yaşıl gələcək birlikdə kök salır" şüarı ilə keçirilən ağacəkmə aksiyası "Global Media Group"a daxil olan şirkətlərlə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi əsasında həyata keçirilir:
"Dayanıqlı ekoloji maarifləndirmə" Global Media Group"un korparativ sosial məsuliyyət strategiyasının bir hissəsidir. Biz müxtəlif təşkilatlarla əməkdaşlıq edərək daha güclü və dayanıqlı nəticələrin əldə olunmasına çalışırıq”.
“Global Media Group” haqqında:
“Global Media Group” 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərən ən böyük media-holdinqlərdən biridir. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir. “Global Media Group” haqqında daha ətraflı məlumat əldə etmək üçün http://www.gmg.az/ saytına və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.
