• çərşənbə axşamı, 19 mart, 13:29
  • Baku Bakı 8°C

Turizm obeyktləri və hotellər qiymətlərdə endirim edib - AÇIQLAMA

07.12.21 15:20 366
Turizm obeyktləri və hotellər qiymətlərdə endirim edib - AÇIQLAMA
"Hazırda turizm obyektlərində pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər mövcuddur, lakin bu məhdudiyyətlər çərçivəsində şirkətlər, hotellər və s. tərəfindən müəyyən xidmətlər təklif edilir”.
BunuOxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədr müşaviri Kənan Quluzadə deyib.
O bildirib ki, qış mövsümü üzrə bayram ərəfəsində Azərbaycanın dörd turizm dəhlizi üzrə səyahətlər olacaq və növbəti dövr üçün endirim kampaniyaları mövcuddur:
"Endirimlər müxtəlifdir. Təbii ki, qiymətlər nə qədər aşağı olsa, bir o qədər də yaxşıdır. Lakin nəzərə almaq lazımdır ki, aşağı qiymət bəzən keyfiyyətə də təsir göstərir. Müşahidələrimiz nəticəsində ötən illə müqayisədə qiymətlərdə endirim olduğunu görürük. Rəqabətin və təkliflərin artmasının, qiymətlərin daha da aşağı düşməsinin tərəfdarıyıq. Bununla bağlı dövlət tərəfindən müəyyən addımlar da atılır”.
banner

Oxşar Xəbərlər