• cümə, 19 Aprel, 13:37
  • Baku Bakı 25°C

TÜRKSOY-un Baş katibi: “Tarixi ədalət və hüquq Azərbaycanın tərəfindədir”

12.10.20 19:07 1206
TÜRKSOY-un Baş katibi: “Tarixi ədalət və hüquq Azərbaycanın tərəfindədir”

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
APAxəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident,
Qardaş Azərbaycan xalqına qarşı təcavüzkarlıq aktlarından dərin kədər hissi duyur, münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmasını, haqq-ədalətin öz yerini taparaq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini arzulayıram.
Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ölkənin bu çətin günlərində öz dövlətlərinin yanında olaraq xalqınıza dəstək vermələrini, Vətənə sonsuz sevgisini, ölkənin gələcək nəsilləri üçün necə narahatlıq keçirdiklərini diqqətlə izləyirəm. Bir çoxu ilə uzun illərdir birlikdə işlədiyim və dostluq etdiyim bu ziyalıların məsələyə göstərdikləri həssaslığa və söylədikləri fikirlərə mən də səmimi qəlbdən qoşuluram. Mədəniyyət xadimi olaraq Azərbaycan xalqının ağrı-acısını dərindən hiss edir, əzəli Azərbaycan torpaqlarının tezliklə sülhə, əmin-amanlığa və rifaha yenidən qovuşmasını diləyirəm.
Tarixi ədalət və hüquq Azərbaycanın tərəfindədir. Əminəm ki, Zati-alinizin liderliyi ilə Azərbaycan xalqı bu çətinliklərin də öhdəsindən layiqincə gələcək, hər bir azərbaycanlı üçün müqəddəs olan bu tarixi torpaqlarda incəsənətin, mədəniyyətin və həyatın yenidən canlanmasını bütün türk dünyası ilə birlikdə müşahidə edəcəyik.
Bu xoş fürsətdən istifadə edərək, döyüşlərdə həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmalarını diləyirəm”.
banner

Oxşar Xəbərlər